...

Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm - Natiq Qasımov

Cəmiyyət Materials 29 Mart 2024 09:51 (UTC +04:00)
Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm - Natiq Qasımov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Natiq Qasımov deyib.

"Mən torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdım. Bu gün çox şadam. Bu hissləri bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla ordumuza minnətdaram.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram", - deyə o bildirib.

Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti