Bakı. Trend:
Ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
F.Ələsgərov bildirib ki, hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb.
“Çoxsaylı innovasiyalar hüquq-mühafizə orqanlarında uğurla tətbiq edilməkdədir”, - deyə F.Ələsgərov əlavə edib.
Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.
20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.