...

Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2024 11:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov bildirib.

O qeyd edib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Xəbər lenti

Xəbər lenti