Bakı. Trend:
Oğuzda meşə kənarında silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki meşə massivinin kənarından biri yivli olmaqla, 2 ov tüfəngi və həmin silahlara məxsus 1000 patron aşkarlanaraq götürülüb.
Qeyd edilib ki, profilaktik tədbirlər zamanı isə rayon sakini olan şəxs atasından qalan sənədsiz tüfəngi könüllü olaraq polisə təhvil verib.