...

Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub

Cəmiyyət Materials 9 Aprel 2024 11:02 (UTC +04:00)
Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin I rübü ərzində daha 50,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 11,9 mini pensiya, 39 mini müavinət və təqaüd təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti