...

Xankəndidə mənzildən narkotik aşkar olunub

Cəmiyyət Materials 12 Aprel 2024 10:26 (UTC +04:00)
Xankəndidə mənzildən narkotik aşkar olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi şəhərində yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də şəhərdən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti