...

Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum oldu

Cəmiyyət Materials 15 Aprel 2024 11:48 (UTC +04:00)
Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum oldu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.

Trend-in məlumatına görə, növbəti iclasın aprelin 17-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Komissiyanın bundən əvvəlki iclası aprelin 3-də keçirilib və iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq. İlk iclasda 100-dən artıq müraciətə baxılıb.

Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalanıb.

Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti