...

Azərbaycanda bu maddənin satışının qadağan olunması ilə bağlı TƏKLİF

Cəmiyyət Materials 17 Aprel 2024 12:05 (UTC +04:00)
Azərbaycanda bu maddənin satışının qadağan olunması ilə bağlı TƏKLİF
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Boya tərkibində olan qurğuşun da nəzarətdə olmalıdr. Çünki bir neçə ölkədə uşaqlardan qan analizi götürərək, qurğuşun səviyyəsini öyrəniblər. Qurğuşun yüksək olanda onkoloji və beyin inkişafı problemləri yarana bilir və bu, çox ciddi məsələdir.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədə deyib.

Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi UNİCEF-in dəstəyi ilə bütün istiqamətlərdə uşaqların sağlamlığı ilə bağlı keçən ilin təhlilini aparıb:

"Azərbaycan Tibb Universitetinin kafedraları, elmi tədqiqat mərkəzləri ilə birlikdə ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramları üzərində iş gedir. Çünki bu günə qədər belə proqram olmayıb.
Tövsiyələrimiz odur ki, aidiyyəti qurumlarla birlikdə ölkədə uşaq və yeniyetmələr arasında artma dinamikası qeyd edilən xəstəliklərin ətraf mühit amilləri ilə əlaqəsi araşdırılmalıdır.

Həmçinin, qapalı məkanlarda, uşaq bağçaları və məktəblərdə havanın çirklənmə göstəricilərinə nəzarət gücləndirilməlidir. Yəni ola bilsin, həmin müəssisələrə detektorlar qoyulmalıdır. Eləcə də, ölkəmizdə boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməli, sirkə essensiyanın sərbəst satışı qadağan edilməli, pestisitlər kəskin və xroniki zəhərlənmələrin qarşısının alınması məqsədilə təhlükəli kimyəvi maddələrin və dərman vasitələrinin uşaqlara əlçatanlığının qarşısını almaq, habelə onların təhlükəsiz utilizasiyanı hazırlamaq lazımdır”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti