Bakı. Trend:
Azad edilən ərazilərdə 2 bağça fəaliyyət göstərir.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.
O qeyd edib ki, sözügedən bağçalarda 30 uşaq təhsil alır.
"4 bağçanın tikintisi davam edir. Həmin ərazilərdə 5 məktəb fəaliyyət göstərir, 13 məktəbin isə tikintisi davam edir. 2 məktəbin tikintisi yekunlaşıb, 6 məktəbin təmir-tikintisinə başlanılacaq”,- deyə E.Bağırov bildirib.