...

Azərbaycan dünyada tanınmış idman ölkələrindən biridir - Çingiz Hüseynzadə

Cəmiyyət Materials 23 Aprel 2024 10:45 (UTC +04:00)
Azərbaycan dünyada tanınmış idman ölkələrindən biridir - Çingiz Hüseynzadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan dünyada tanınmış idman ölkələrindən biridir. Azərbaycanda olimpiya hərəkatı çox geniş inkişaf edir, yayılır.

Trend xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsi ilə "VİSA"-nın birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini qazanandan sonra yaranan bir təşkilat olaraq, Azərbaycanda olimpiya hərəkatının yaranmasına çalışmışıq.

"Buna müəyyən dərəcədə nail olduq. Azərbaycanda ilk Avropa Oyunları və İslam Oyunları bir sıra idman növləri üzrə Avropa və Dünya çempionatları keçirilib. Bu tədbirlərin həyata keçirilməsi müddətində Azərbaycan Olimpiya Komitəsinin tərəfdaşları hər zaman yanımızda olub. Bizim üçün qürurlu bir hadisədir ki, keçən ildən etibarən "VİSA" şirkəti bizim yanımızdadır. Mən ümid edirəm ki, bizim bütün sponsorlarımız, o cümlədən, "VİSA" ilə birgə Parisdə növbəti qələbələr qazanacağıq", - deyə Ç.Hüseynzadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti