...

Bakının bu ərazisində yaşayanların NƏZƏRİNƏ - Saat 10:00-dan etibarən...

Cəmiyyət Materials 22 May 2024 09:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün bəzi ərazilərdə qaz kəsiləcək.

Bu barədə Trend-ə "Azəriqaz" İB-dən bildirilib.

Bildirilib ki, yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 22.05.2024-cü il tarixində saat 10:00-dan etibarən Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonu üzrə isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti