Bakı. Trend:
2024-cü ilin aprel ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən xəbərə görə, onların 449 min nəfərdən çoxu aylıq sosial müavinət, 395 min nəfərdən çoxu isə təqaüd alanlar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında respublika üzrə aylıq sosial müavinət və təqaüd alanların sayı 822 min nəfərdən çox olub.
Onların 432 min nəfərdən çoxunu aylıq sosial müavinət, 390 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.