Bakı. Trend:
Doğulduğum, böyüyüb, boya başa çatdığım doğma Şuşaya qayıtdığım üçün fəxr edirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Mikayılova Zülfiyyə deyib.
Onun sözlərinə görə, 16 yaşında Şuşanı tərk etmək məcburiyyətində qalıb.
“Allah Prezidentimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Onlar bizə bu günü yaşadıb ki, biz öz yurdumuza geri qayıdaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə - 125 nəfər köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.