...

Naxçıvanda yeni nazir təyin edildi

Cəmiyyət Materials 4 İyun 2024 15:45 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 4-də Xanlar Mustafayevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 7-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilsin".

Qeyd edək ki, Xanlar Mustafayev buna qədər Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti