...

Birinci Qarabağ müharibəsinin şəhidi İsmayıllıda dəfn olunub

Cəmiyyət Materials 6 İyun 2024 17:23 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüstəmov Cəlal Əbdülhəkim oğlunun nəşinin qalıqları İsmayıllı rayonunda torpağa tapşırılıb.

Trend xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Mican kəndinə gətrilib və vida mərasimi keçirilib.

Sonra şəhidin nəşinin qalıqları Mican kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, kənd sakinləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1992-ci ildə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti