Bakı. Trend:
2024-cü ilin may ayında ailə başçısını itirməyə görə 193 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Dövlət Sosial Müdafiə Fondundan Trend-ə a verilən məlumata görə, onlardan 134 min nəfərdən çox şəxs pensiya, 58 min nəfərdən çox şəxs isə müavinət alıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artırılaraq 1652,1 milyon manata çatdırılıb.