...

Rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 20 İyul 2024 11:31 (UTC +04:00)
Rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 20-si saat 11:00-a olan məlumata görə, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub.

Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub. Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti