...

İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb

Cəmiyyət Materials 26 İyul 2024 09:34 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Bundan əvvəl – iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti