...

Goranboyda zəhərlənən 5 nəfərin SON VƏZİYYƏTİ

Cəmiyyət Materials 10 Avqust 2024 11:18 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

10.08.2024-cü il tarixdə saat 01:55-də 5 nəfər (4-ü uşaq olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlara alimentar qida zəhərlənməsi diaqnozu təyin edilib.

"Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxşdir", məlumatda bildirilir.

Qeyd edək ki, Goranboyda 4-ü yeniyetmə olmaqla, 5 nəfər qidadan zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti