Bakı. Trend:
Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 27-31° olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 29-34°, dağlarda gecə
8-13°, gündüz 13-18° olacaq.