...

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 14 Sentyabr 2024 11:38 (UTC +04:00)
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 14-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan yağıb, şimşək çaxıb.

Səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı Şahdağ, Gədəbəydə 3 mm, Sədərək, Şahbuz, Oğuz, Şəki, Altıağac, Qusar, Qrız, Xaltan, Xınalıq, Sabirabad, Şəmkirdə 2 mm-dək olub.

Öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Daşkəsəndə 20 m/s, Naftalan, Culfada 18 m/s, Şahbuzda 17 m/s, Şərur, Naxçıvanda 16 m/s-dək güclənib.

Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti