Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının və idarə müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə Gödəkli kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Çaykənarı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çaykənarı və Gödəkli kəndlərinin sakinləri iştirak edib.
Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər su təchizatının yaxşılaşdırılması, kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.