Bakı. Trend:
2023-cü ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81761 nəfər təşkil edib.
Qeyd edək ki, ümumilikdə 2023-cü ildə Azərbaycanda 112 min 620 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci illə müqayisədə azalaraq 12,2-dən 11,1-ə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Körpələrin 3 min 410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm doğulanlardır.