Bakı.Trend:
Sertifikasiya imtahanının müsahibə mərhələsindən sonra ümumilikdə artımla əməkhaqqı alan müəllimlərin sayı 55 minə çatması gözlənilir.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktoru Eşqi Bağırov “QəbuldASAN”verlişində çıxışı zamanı deyib.
O qeyd edib ki, oktyabr ayının birinci yarısı sertifikasiya imtahanın müsahibə mərhələsi başa çatacaq.
“Bu prossesdən keçən bütün müəllimlər əməkhaqqlarını artımla
alacaqlar.
Ümumilikdə artımla əməkhaqqı alan müəllimlərin sayı 55 minə
çatacaq. Ötən il sertifikasiyada uğursuz olan müəllimlərə bir il
ərzində əlavə dəstəkləyici tədbirlər təşkil edildi. Ötən il
sertifikasiyadan kəsilən 8 min müəllimin bu il 50 faizi imtahanda
uğur qazandı”,- deyə o bildirib.
Qeyd edək ki, cari ildə isə 30 mindən çox təhsilverən
sertifikatlaşdırma prosesinə cəlb edilib. Sertifikatlaşdırmadan
keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam
etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan
müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb
olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə
maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10
faiz artım tətbiq edilib.