Bakı. Trend:
Avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın dayanıqlı fəaliyyətinin təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqətdə saxlanılır.
Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.
Bildirlir ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrutlar təhlil edilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün müvafiq tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Mərdəkən qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb.
Yeni Ramana yaşayış sahəsini “Koroğlu” metrostansiyası və “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli marşrut üzrə sərnişin tələbatı nəzərə alınaraq avtobus sayı 24-ə çatdırılıb. Nəticədə avtobusların hərəkət intervalı azalıb.