...

Bu ərazilərdə maşın saxlamaq qadağan edilir - Sürücülərin NƏZƏRİNƏ

Cəmiyyət Materials 11 Oktyabr 2024 16:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobillərin sayı çoxaldıqca sürücülərin başlıca problemlərindən biri də maşını saxlamaq üçün yer tapmamaq olur. Mövcud problemin həlli istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

Trend bu barədə Agentliyə istinadən xəbər verir.

Qeyd edilib ki, parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcud parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Vurğulanıb ki, bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində (Amburan Mall) 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti