...

Bakı metrosunda bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib

Cəmiyyət Materials 6 Noyabr 2024 15:35 (UTC +04:00)
Bakı metrosunda bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

“Bakı Metropoliteni" QSC və Fövqalədə Hallar Nazirliyi qarşılıqlı fəaliyyətlə bağlı tədbirlər planları tərtib edib.

Trend xəbər verir ki, bu bunu bu gün keçirilən brifinqdə Fövqəladə Hallar Nazirliyinin COP29 Əməliyyat Qərargahının rəhbəri, polkovnik Ağəli Hüseynov deyib.

O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib.

“Cari il ərzində 900 metropoliten əməkdaşı yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılıb:

“2024-cü ilin 10 ayı ərzində 9 metrostansiyada birgə taktiki-xüsusi təlimlər keçirilib.

Əlavə olaraq, COP29 tədbiri ilə əlaqədar olaraq "Bakı Metropoliteni"nin “Koroğlu”, “Ulduz” və “Xətai” metrostansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşları xidmət aparır”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti