Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişikliklərinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.
Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olundu.