Bakı. Trend:
Bakıda dələduzluq edən 37 yaşlı qadın saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan qadının 5500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 37 yaşlı E.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.