...

Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət Materials 10 Dekabr 2024 16:06 (UTC +04:00)
Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılmışdır.

Trend bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən məlumat verir.

Bildirilir ki, dekabr ayının 9-da saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem və 2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti