...

Bakının bu küçələrinin kəsişməsində yeni layihənin icrasına başlanılır (VİDEO)

Cəmiyyət Materials 11 Dekabr 2024 13:49 (UTC +04:00)
Bakının bu küçələrinin kəsişməsində yeni layihənin icrasına başlanılır (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Layihəyə əsasən, Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də, Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.

Layihə xüsusi proqram təminatında simulyasiya edilib. Simulyasiya videosu:

Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq.

Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti