...

Elektromobil doldurucularının yerləşdirilməsi üçün icazə tələb olunmayacaq

Cəmiyyət Materials 13 Dekabr 2024 13:01 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Şəhərsalma və Tikinti Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişlənir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti