...

Hava xəbərdarlıqları baş verə biləcək təhlükələrdən qorunmaq üçündür - ETSN sözçüsü

Cəmiyyət Materials 13 Dekabr 2024 16:31 (UTC +04:00)
Hava xəbərdarlıqları  baş verə biləcək təhlükələrdən qorunmaq üçündür - ETSN sözçüsü
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara görə dekabrın 13-ü axşam saatlarından 14-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qeyri-sabit və güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, küləyin dekabrın 14-ü gecə və səhər saatlarında daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmalarını, xəbərdarlıqlarla bağlı məlumatlara və çağırışlara diqqət yetirmələrini tövsiyə edirik:

“Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür. Bu baxımdan xəbərdarlıqları və çağırışları ciddiyə almaq vacibdir.
Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, küləkli hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər. Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Vətəndaşlarımızın davamlı olaraq hava durumu barədə məlumatlandırılmasının, xəbərdarlıqların verilməsinin də məqsədi budur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti