...

20 il əvvəllə müqayisədə bu gün üç dəfə daha çox gənc təhsil alır - Nazir

Cəmiyyət Materials 20 Fevral 2025 12:03 (UTC +04:00)
20 il əvvəllə müqayisədə bu gün üç dəfə daha çox gənc təhsil alır - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

20 il əvvəllə müqayisədə bu gün üç dəfə daha çox gənc təhsil alır.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, təhdidlər həmişə insanı müəyyən mənada inkişafa doğru sövq edən amillərdəndir.

"Qızlarımızın, qadınlarımızın əvvəlki dövrdə olan çətin vəziyyətə düşmək ehtimalı da var. Biz bu riski yadımızda saxlamalıyıq. Qadınların imkanlarının mərhələlərlə məhdudlaşmasını unutmaq olmaz. 21-ci əsrdə hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqlarının tamamilə məhdudlaşdırılması reallıqlarını görürük. Bu təhdidləri də açıq şəkildə müzakirə etməyə ehtiyac var".

Nazir əlavə edib ki, bu gün qızlar təhsilin müxtəlif pillələrdə təhsilə cəlb olunurlar.

"Məktəbəqədər təhsilə uşaqların cəlb edilməsi 40 faizə yaxınlaşıb, gələcəkdə 50 faizə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək. Qeyd edildi ki, BDU-da tələbələrin əksəriyyətini qızlar təşkil edir. Bu da gələcək anaların təhsilli olması haqqında müsbət fikir olacaq. Bir neçə statistik göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün üç dəfə daha çox gənc təhsil alır".

E.Əmrullayev eyni zamanda bildirib ki, ibtidai təhsil səviyyəsində ənənəvi olaraq qızların oxu bacarıqları oğlanlardan daha yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti