...

Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI

Cəmiyyət Materials 24 Fevral 2025 16:34 (UTC +04:00)
Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə qədər olub.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bu gün Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı təbliğat aparılır.

"Könüllü olaraq hər kəs müraciət edə bilər. Bu yaxınlarda bizə bir tələbə müraciət etmişdi. Bu zaman biz çox sevindik ki, bu cür düşünən gənclər var", - deyə o əlavə edib.

Yeganə Abbasova qeyd edib ki, özü də daxil olmaqla bütün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin işçiləri könüllü olaraq orqan donorluğu üçün müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti