Bakı.Trend:
Azərbaycanın kibertəhıükəsizlik məhsulu olan “Cypho” tərəfindən həyata keçirilən axtarışlar nəticəsində ötən il ölkədə internet məkanına 70 mindən çox sızdırılmış kart məlumatları aşkar edilib.
Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Elman Kərimli deyib.
O bildirib ki, sızdırılmış məlumatlar dövlət orqanlarına təqdim olunub.
Qeyd edək ki, “Cypho” İRİA-nın “Cyberpark” layihəsi çərçivəsində dəstəklənən yerli kibertəhlükəsizlik məhsuludur.