Bakı. Trend:
Milli Məclisin 2025-ci il yaz sessiyasının növbəti plenar iclası keçirilib.
Trend xəbər verir ki, plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib:
1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş).
2. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
4. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
5. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
8. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).
9. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və
mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
12. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
13. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
14. “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
15. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
16. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).