...

MÜTDA-dan 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ÇAĞIRIŞ

Cəmiyyət Materials 3 Mart 2025 15:31 (UTC +04:00)
MÜTDA-dan 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ÇAĞIRIŞ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.

"Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək" - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti