...

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb

Cəmiyyət Materials 6 Mart 2025 04:00 (UTC +04:00)
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 13:00-da başa çatacaq.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər. Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin nəzərinə:

“Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.

“Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2024-cü ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Qeyd edək ki, indiyə qədər qeydiyyatdan keçən abituriyentlərin sayı 128,073 nəfərdir.

Xəbər lenti

Xəbər lenti