...

Ötən il təhsil müəssisələrinə verilən kompüter avadanlıqlarının sayı məlum oldu

Cəmiyyət Materials 14 Mart 2025 11:11 (UTC +04:00)
Ötən il təhsil müəssisələrinə verilən kompüter avadanlıqlarının sayı məlum oldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə təhsil müəssisələrinin əlavə 40 min ədəd kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılıb, həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin sonuna ümumi təhsil müəssisələrində 9 şagirdə 1 kompüter düşüb, 2026-cı ilin sonuna isə bu nisbətin 1:8 olması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, ölkə üzrə 4,2 min təhsil müəssisəsi internet bağlantısı ilə təmin olunub ki, bunların 1,8 mini fiber-optik, 1,7 mini simsiz və 777-i ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.

“Dövlət investisiya xərcləri hesabına məktəblərin fiber-optik şəbəkəyə qoşulması intensivləşib. 2020-ci ildə fiber-optik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil etdiyi halda, hazırda bu göstərici 1,8 min olub”,- deyə məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti