...

Gədəbəydə qar uçqununda həlak olan əsgərin nəşi ailəsinə təhvil verilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 22 Mart 2025 09:04 (UTC +04:00)
Gədəbəydə qar uçqununda həlak olan əsgərin nəşi ailəsinə təhvil verilib (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Gədəbəydə qar uçqununda həlak olan əsgərin nəşi ailəsinə təhvil verilib.

Trend-in Qarabağ müxbirinin xəbərinə görə, 19 mart tarixində Azərbaycan Respublikasının Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində qar uçqununa düşən əsgər Həmidov Rüstəm Ruslan oğlunun tapılan nəşi ailəsinə təhvil verilib.

Əsgər R.Həmidovun ailəsi Bərdə şəhərində məskunlaşdığından onun nəşi yaşadığı ünvana gətirilib.

R.Həmidov bu gün Bərdə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri dünən aşkar edilib.

Xəbər lenti

Xəbər lenti