...

Ağcabədidə avtomobil kanala düşdü (FOTO/VİDEO)

Cəmiyyət Materials 24 Mart 2025 13:14 (UTC +04:00)
Ağcabədidə avtomobil kanala düşdü (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə idarəetməni itirən sürücü kanala düşüb.

Trend-in yerli müxbirinin əldə etdiyi xəbərinə görə, hadisə ötən gecə rayonun Salmanbəyli kəndi ərazisində baş verib.

Ağcabədi rayon Hüsülü kənd sakini, 1995-ci il təvəllüdlü Ağayev Tural Ziyafət oğlu idarə etdiy "VAZ 21099" markalı 14 BB 922 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə T.Ağayev idarə etdiyi avtomobillə əkin sahələrinin suvarılması üçün istifadə edilən beton kanala düşüb. Hadisə yerinə çağırılan Ağcabədi rayonu DYMH-nin yanğınsöndürən-xilasediciləri tərəfindən sürücü avtomobildən çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti