...

Xaçmazda ”Sehrli rənglər”adlı festival keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2025 16:54 (UTC +04:00)
Xaçmazda ”Sehrli rənglər”adlı festival keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ”Sehrli rənglər”adlı festival keçirilib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Zəfər Parkında keçirilən festivalda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və ictimaiyyət nümyəndələri iştirak ediblər.

Festival çərçivəsində müxtəlif məktəbləri təmsil edən 200-ə yaxın şagird canlı olaraq rəsm bacarığını nümayiş etdirib. Məktəblilər Ümumilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair, “Konstitusiya və Suverenlik İli” eləcədə digər mövzularda rəsmlər çəkiblər. Bundan başqa şagirdlər aplikasıyalarla öz əl işlərini hazırlayıblar.

Ümumilikdə çəkilən rəsmlər, qədimi əşyalardan ibarət güşə və aplikasiyalardan ibarət stendlər iştirakçılar tərəfindən maraqla izlənilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev festivalın təşkilini yüksək qiymətləndirib və belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bədii hissədə şagirdlərin ifasında səslənən şeir və mahnılar eləcədə müxtəlif rəqs nömrələri tədbirə xüsusi zövq qatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti