Bakı. Trend:
2025-ci ilin yanvar-aprel ayları ərzində 17 500-dən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 54,86%-ni kişilər, 45,14%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə 35 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 71,4 faizini kişilər, 28,6 faizini isə qadınlar təşkil edib.