...

Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibəyə dair yeni qayda qəbul edilir

Cəmiyyət Materials 23 May 2025 12:09 (UTC +04:00)
Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibəyə dair yeni qayda qəbul edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət qulluğuna qəbul üzrə müsahibənin nəticələrinə yenidən baxılması qaydalarında dəyişiklik edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət verə bilərlər.

Təklif edilən dəyişikliyə əsasən, namizədlər məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına şikayət verə biləcəklər.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti