Bakı. Trend:
Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs edilib.
"Uşaqlara qarşı hər hansı mənəvi, fiziki və ya etik zorakılıq
yolverilməzdir. Valideynlər bilməlidir və diqqətli olmalıdır:
Uşaqları məktəbə və ya hazırlığa göndərərkən istifadə etdiyiniz
nəqliyyat vasitələri barədə əmin olun. Şübhəli davranışlar müşahidə
etdikdə dərhal 102 qaynar xəttinə məlumat verin",- deyə o əlavə
edib.