Bakı.Trend:
Uşaq hüquqlarını müdafiə edən orqanların fəaliyyətində dəyişiklik edilib.
Trend xəbər verir ki, bu fikirləri bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, uşaqlara münasibətdə qəyyumluq və himayə ilə bağlı səlahiyyətlər uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara həvalə edilib:
“Komissiyanın adı “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya” adlandırılıb. Dövlət Komitəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın Katibliyi yaradılıb”.
