...

Uşaq hüquqlarının müdafiəsində vahid komissiya modeli tətbiq olunur - Komitə sədri

Cəmiyyət Materials 4 Noyabr 2025 10:24 (UTC +04:00)
Uşaq hüquqlarının müdafiəsində vahid komissiya modeli tətbiq olunur - Komitə sədri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Uşaq Strategiyasının icrası ilə əlaqədar olaraq, uşaq hüquqlarının müdafiəsi sahəsində orqanların fəaliyyətində müəyyən dəyişikliklər edilib.

Trend xəbər verir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı deyib.

O qeyd edib ki, əvvəllər İcra Hakimiyyəti yanında iki ayrı komissiya fəaliyyət göstərirdi:

“Bunlar Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya idi. Bu təkrarlılıq aradan qaldırıldı. Nəticədə Dövlət Komitəsinin təklifləri əsasında qəbul olunmuş dəyişikliklərlə hazırda bu iki komissiyanın istiqamətləri birləşdirilərək “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya” yaradıldı. Bu addım həm struktur, həm də məzmun baxımından doğru və məqsədəuyğun hesab edilir”.

B.Muradova vurğulayıb ki, eyni zamanda, Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın katibliyi Dövlət Komitəsinin nəzdində yaradıldı.

“Artıq bu ilin əvvəlindən etibarən katiblik Dövlət Komitəsinin əməkdaşları hesabına fəaliyyət göstərir”.

Komitə sədri əlavə edib ki, qısa müddət ərzində bu komissiyanın işi və qanunla müəyyən edilmiş müddəaların reallaşdırılması istiqamətində bir çox yeni dəyişikliklər həyata keçirilib:

“Bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsi sahəsində komissiyaların fəaliyyətini gücləndirəcək. Çünki Dövlət Komitəsi xüsusilə regionlarda fəaliyyət göstərən komissiyaların işini əlaqələndirir, onları təlimləndirir, maarifləndirmə işləri aparır və gündəlik texniki dəstək göstərir”, - komitə sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti