...

Azərbaycan BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinin açıq iclasına sədrlik edir (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2025 18:34 (UTC +04:00)
Azərbaycan BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinin açıq iclasına sədrlik edir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 1-dən Azərbaycanın sədrliyi ilə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin açıq iclası Nayrobidə öz işinə başlayıb.

Azərbaycanın Keniyadakı Səfirliyindən Trend-ə bildirilib ki, 2 ildən bir keçirilən bu iclas gələn həftə baş tutacaq BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 7-ci sessiyasında qəbul olunacaq qərar və qətnamə layihələrinin müzakirəsi və razılaşdırılması üçün 5 gün davam edəcək.

Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev cari ilin iyun ayında ilk dəfə UNEP-in Daimi Nümayəndələr Komitəsinin Bürosunun 2025-2027-ci illər üzrə sədri vəzifəsinə seçilib. UNEP Daimi Nümayəndələr Komitəsi ətraf mühit məsələləri üzrə dünya əhəmiyyətli prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu UNEA daimi fəaliyyət göstərən orqanıdır. UNEA-nın 7-ci sessiyasında 5000 nəfərə yaxın nümayəndənin və 60-dan çox nazir səviyyəsində nümayəndə heyəti başçısının iştirakı gözlənilir. Azərbaycan bu sədrliyi çərçivəsində UNEA-nın 7-ci sessiyasının prezidenti Oman Sultanlığı ilə birlikdə əlaqədar proseslərə öz töhfəsini verir.

2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik inkişaf edir. Həmçinin, ölkəmiz UNEP-in 2026-cı ildə keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”nə (WED2026) Azərbaycan ev sahibliyi edəcəkdir. Eyni zamanda, 2026-cı ilin 17-22 may tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında da (WUF13) iqlim dəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri əsas gündəm mövzulardan olacaqdır.

Xəbər lenti

Xəbər lenti