...

"4Sİ Akademiyası – Milli Proqram"ın yarımillik nəticələri açıqlanıb

Cəmiyyət Materials 2 Dekabr 2025 10:42 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Coursera" platformasında istifadəçilər arasında bakalavrlar üstünlük təşkil edir.

Trend xəbər verir ki, bunu bu gün 4SİM-in Layihələrin İdarə Olunması Şöbəsinin müdiri Gülminə Məlikzadə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası – Milli Proqram”ın yarımillik nəticələrinə dair təqdimat zamanı bildirib.

Onun sözlərinə görə, pilot layihə çərçivəsində Coursera platformasında qeydiyyatdan keçən 10 min istifadəçi arasında qadınlar üstünlük təşkil edib:

"Milli Proqram"ın, yəni ikinci mərhələnin əsas məqsədi vətəndaşların rəqəmsal bacarıqlarının genişləndirilməsi, beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması və əmək bazarının ixtisaslı kadrlarla təmin edilməsidir.

Hazırda proqramda 37 min 500 istifadəçi qeydiyyatdan keçib. Onlardan 13 mindən çoxu ödənişsiz proqramdan yararlanır. İstifadəçilərə ümumilikdə 217 min kurs təqdim olunub və bu günədək 77 min ədəd kurs tamamlanıb".

"Mobil tətbiq vasitəsilə internet olmayan məkanlarda da kurslardan istifadə mümkündür. Kursu uğurla bitirən iştirakçılara xüsusi rəqəmsal nişan (badge) təqdim olunur və bunu sosial platformalarda paylaşa bilərlər.

Statistikaya əsasən, proqram çərçivəsində 18 min 647 nəfərlə 6-cı kohort üzrə rekord sayda kurs tamamlanıb. Regionlar üzrə istifadəçi göstəricilərinə görə, Bakı (34 148 nəfər), Abşeron (2 883 nəfər) və Sumqayıt (2 371 nəfər) liderlik edir. İzlənmə saatları üzrə SOCAR, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti ön sıralarda yer alıb.

Universitetlər arasında isə kursların tamamlanma göstəricilərinə görə Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilk iki sıradadır. Təhsil səviyyəsinə görə iştirakçıların daha böyük hissəsini bakalavr təhsili alanlar təşkil edir. Proqramda 816 nəfər orta məktəb və ekvivalent təhsil səviyyəsində iştirakçı da var. Peşə kateqoriyaları üzrə bölgüdə 16 751 mütəxəssis, 2 200 müəllim, 1 351 tələbə, 605 CEO və 332 mühəndis var.

İş təcrübəsinə görə, 10-20 il təcrübəsi olanlar platformadan daha çox istifadə edib. Bu kateqoriyadan 7 374 nəfər iştirakçı var. 1-3 il təcrübəsi olanların sayı isə 6 178 nəfərdir.

Bu kurslar əsasən süni intellekt, layihələrin idarə olunması və digər aktual rəqəmsal sahələri əhatə edir", - o əlavə edib.

Coursera platformasında istifadəçilər arasında bakalavrlar üstünlük təşkil edir.

Trend xəbər verir ki, bunu bu gün 4SİM-in Layihələrin idarə olunması şöbəsinin müdiri Gülminə Məlikzadə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası – Milli Proqram”ın yarımillik nəticələrinə dair təqdimatda bildirib.

Onun sözlərinə görə, pilot layihəsə proqram çərçivəsində Coursera platformasında qeydiyyatdan keçən 10 min istifadəçi arasında qadınlar üstünlük təşkil edib:

"Milli Proqram" , yəni ikinci mərhələdə əsas məqsəd vətəndaşların rəqəmsal bacarıqlarının genişləndirilməsi, beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması və əmək bazarının ixtisaslı kadrlarla təmin edilməsidir.

Hazırda proqramda 37 min 500 istifadəçi qeydiyyatdan keçib. Onlardan 13 mindən çoxu ödənişsiz proqramdan yararlanır. İstifadəçilərə ümumilikdə 217 min kurs təqdim olunub və bu günədək 77 min ədəd kurs tamamlanıb"

"Mobil tətbiq vasitəsilə internet olmayan məkanlarda da kurslardan istifadə mümkündür. Kursu uğurla bitirən iştirakçılara xüsusi rəqəmsal nişan (badge) təqdim olunur və bunu sosial platforma hesablarında qeyd edə bilərlər.

Statistikaya əsasən, proqram çərçivəsində 18 min 647 nəfərlə ilə 6-cı kohort üzrə rekord sayda kurs tamamlanıb. Regionlar üzrə istifadəçi göstəricilərinə görə, Bakı (34 148 nəfər), Abşeron (2 883 nəfər) və Sumqayıt (2 371 nəfər) liderlik edir. İzlənmə saatları üzrə SOCAR, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti ön sıralarda yer alıb.

Universitetlər arasında isə kursların tamamlanma göstəricilərinə görə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilk iki sıradadır. Təhsil səviyyəsinə görə iştirakçıların daha böyük hissəsini bakalavr təhsili alanlar təşkil edir. Proqramda 816 nəfər orta məktəb və ekvivalent təhsil səviyyəsində iştirakçı da yer alır. Peşə kateqoriyaları üzrə bölgüdə 16 751 mütəxəssis, 2 200 müəllim, 1 351 tələbə, 605 CEO və 332 mühəndis var.

İş təcrübəsinə görə 10–20 il təcrübəsi olanlar platformadan daha cox istifadə edib. Bu kateqoriyadan 7 374 nəfər iştirakçı var. 1–3 il təcrübəsi olanların sayı isə 6 178 nəfərdir.

Bu kurslar əsasən süni intellekt, layihələrin idarə olunması və digər aktual rəqəmsal sahələri əhatə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti